Azərbaycan Velosiped Federasiyasının sabiq baş katibi qəzada vəfat edib - FOTO

Avqustun 1-də Bakı - Quba - Dağıstan sərhədi yolunun Siyəzən ərazisindən keçən 115-ci km-də avtomobil qəzasında dünyasını dəyişmiş Anna Qladçenkonun kimliyi müəyyənləşib.
Report-un məlumatına görə, A.Qladçenko əvvəllər Azərbaycan Velosiped Federasiyasının baş katibi və Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin (ROEİUGVİM) direktoru olub. O, son olaraq Azərbaycan Velosiped Federasiyasının Hakimlər Kollegiyasının sədri işləyib. Mərhum idman xadiminin bu gün 70 yaşı tamam olacaqdı.
Qəza baş verərkən sükan arxasında olan onun əri Vitali Qladçenko da idman aləminə tanış simadır. O əvvəllər velosiped idmanı üzrə milli komandanın baş məşqçisi işləyib. Hazırda ROEİUGVİM-in məşqçi-müəllimidir.
Qeyd edək ki, Vitali Qladçenko "Hyundai Santa Fe" markalı avtomobil Quba rayonu istiqamətində hərəkətdə olarkən, idarəetməni itirib. Nəticədə maşın yolun sağına çıxaraq aşıb və avtomobildə olan sərnişinlərdən Anna Qladçenko hadisə yerində ölüb, 1955-ci il təvəllüdlü Nüşabə Sultanova, 1974-cü il təvəllüdlü Səbinə Qasımova və 2004-cü il təvəllüdlü Ayan Qasımova xəsarət alaraq Şabran rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. N.Sultanova aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı hazırda DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair işlər üzrə İstintaq şöbəsində cinayət işi başlanılaraq istintaq aparılır.
Zığ şosesində hərəkət məhdudlaşdırıldı: SƏBƏB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO
Binəqədidə ağır qəza: “KamAZ”la “BYD” toqquşdu – VİDEO
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB













