Banner

Həyətyanı torpaqlara “kupça” almaq mümkün olacaq

Xəbərlər 24 Noyabr 2026 19:48
Həyətyanı torpaqlara “kupça” almaq mümkün olacaq
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda mülkiyyət hüququ rəsmiləşdirilməmiş həyətyanı torpaq sahələrinə çıxarış verilməsi ilə bağlı yeni hüquqi əsas müəyyənləşdirilir.

Avtosfer.az xəbər verir ki, bu, Milli Məclisin noyabrın 27-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2015-ci il fevralın 6-dək vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair tərtib edilmiş plan-ölçü sənədi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas hesab ediləcək.

Belə ki, “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq vətəndaşlara verilmiş həyətyanı torpaqlara dair 2006-cı il iyulun 6-dək mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamələr verilib. Həmin tarixdən sonra isə vətəndaşlara yalnız torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim olunub.

Plan-ölçü hüquqmüəyyənedici sənəd olmadığından vətəndaşlar həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıra və çıxarış əldə edə bilməyiblər.

Analoji problem bələdiyyələr tərəfindən vətəndaşlara ayrılmış və 2006–2015-ci illərdə plan-ölçü sənədi tərtib edilmiş həyətyanı torpaq sahələrində də yaranıb.

Təklif olunan dəyişiklik qəbul ediləcəyi təqdirdə, müvafiq plan-ölçü sənədi olan vətəndaşlar torpaq sahələri üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirmək və çıxarış əldə etmək imkanı qazanacaqlar. (modern.az)

Oxunub : 58
ŞƏRH YAZ
Ad

E-mail

Şərh