Banner

Fuad Allahverdiyevi şantajda təqsirləndirilən keçmiş xanımı azadlıqda

Xəbərlər 24 Noyabr 2026 18:59
Fuad Allahverdiyevi şantajda təqsirləndirilən keçmiş xanımı azadlıqda
WhatsApp kanalımıza abunə olun

Bir neçə ay əvvəl iş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyeva artıq azadlıqdadır.

Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ali Məhkəmə onunla bağlı sonuncu qərarı ləğv etdiyi üçün G.Allahverdiyeva həbsdən azad edilib.

Oktyabrın sonunda Ali Məhkəmə məhkum xanımın kassasiya şikayətini təmin edib. Yüksək instansiyanın hakimləri əvvəlki məhkəmələrdə işə düzgün baxılmadığı, qərarın işin faktiki halları ilə uyğun gəlmədiyi və başqa qanun pozuntularına yol verildiyi qənaətinə gəliblər.

Nəticədə, Bakı Apellyasiya Məhkəməsinin qərarı tam ləğv edilib, iş yenidən baxılması üçün geri qaytarılıb. Həbslə bağlı qərar ləğv edildiyi üçün azyaşlı uşaq anası olan G.Allahverdiyevanın həbsdə qalmasına zərurət görülməyib. O, artıq azadlığa buraxılıb.

Yaxın günlərdə iş üzrə yeni apellyasiya baxışı başlayacaq.

Xatırladaq ki, iki il əvvəl Gülşən Allahverdiyevanın şikayəti əsasında Ailə TV, "Caspian Telecom" MMC şirkətlərinin təsisçisi Fuad Allahverdiyev həbs olunmuşdu. F.Allahverdiyev evli olduqları dövrdə həyat yoldaşına əzab verməkdə və seksual xarakterli hərəkətlərdə ittiham edilirdi. Amma məhkəmə ona seksual xarakterli hərəkətlər ittihamı üzrə bəraət verib, əzab verməkdə isə təqsirli bilərək azadlığın məhdudlaşdırılması (elektron qolbaq taxılması) cəzasına məhkum edib.

Sonradan isə işin gedişi dəyişib. Bu dəfə Gülşən Allahverdiyeva təqsirləndirilən, Fuad Allahverdiyev isə zərərçəkmiş kimi tanınıb. O, keçmiş ərinə aid şəxsi xarakterli foto və videomaterialları qanunsuz yolla əldə etməkdə, bu materiallardan tamah məqsədilə istifadədə və hədə-qorxu ilə külli miqdarda əmlak tələb etməkdə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Allahverdiyevaya 10 il 6 ay həbs cəzası verilib, lakin övladı 14 yaşına çatana kimi, yəni 2029-cu ilə qədər cəzanın çəkilməsi təxirə salınıb. Amma Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilib, "Azərreyl" voleybol klubunun üzvü olmuş G.Allahverdiyeva məhkəmə zalında həbs edilib.

Oxunub : 52
ŞƏRH YAZ
Ad

E-mail

Şərh