Azərbaycanda 1 saatda eyni yolda iki qəza - FOTOLAR

Ucarda 1 saat ərzində eyni ərazidə iki yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonun Qazıqumlaq kəndindən keçən hissəsində qeydə alınıb. İlk hadisə zamanı Bərdə rayon sakini, 38 yaşlı Rüstəmov Çingiz Bulud oğlu idarə etdiyi 20-CO-632 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı betondan tikilmiş quyuya düşüb. Nəticədə sürücü və maşında olan sərnişin Ağdaş rayon sakini, 22 yaşlı Qasımov Elgül Dəmir oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər.
Digər hadisə zamanı isə ağırtonajlı yük maşını quyuya düşüb. Maşına ziyan dəysə də, xəsarət alan olmayıb. Hadisələrin baş vermə səbəbləri ilə bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO

















