Azərbaycanda ağır qəza - İki futbolçu öldü - FOTO - VİDEO - YENİLƏNİB

Qəzalar 30 İyul 2026 10:46
Azərbaycanda ağır qəza - İki futbolçu öldü - FOTO  - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Qobu-Lökbatan yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı rəsmi açıqlama verilib.

Baş Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, hadisə ötən gün saat 12 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qeydə alınıb.

"Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Rauf Ədalət oğlu Hüseynovun idarə etdiyi "Toyota" markalı, 99-EN-365 dövlət qeydiyyat nişanlı avtomobil ilə Qobu qəsəbə sakini, 1977-ci il təvəllüdlü Mais Ağahüseyn oğlu Ağaverdiyevin idarə etdiyi "QAZel" markalı, 90-JJ-547 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Qəza nəticəsində "Toyota"nın sürücüsü Rauf Hüseynov və avtomobildə sərnişin qismində olan 1985-ci il təvəllüdlü Bəhruz İlham oğlu Soltanov hadisə yerində həyatlarını itiriblər.

"QAZel"in sürücüsü Mais Ağaverdiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı cinayət işi açılıb", - deyə məlumatda bildirilir./oxu.az

***09:24

Ötən gün Qobu-Lökbatan yolunda ağır yol qəzası baş verib.

Avtosfer.az-ın məlumatına görə, minik avtomobili "Ford Transit" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə nəticəsində minik avtomobilində olan Bəhruz Sultanov və Rauf Hüseynov həyatlarını itiriblər, "Ford"un sürücüsü isə yaralanıb.

Qəzada ölən B. Sultanov və R.Hüseynov “Qobu” Peşəkar Futbol Klubunun oyunçuları olublar.(Unikal)

 

 

Oxunub : 686
ŞƏRH YAZ
Ad

E-mail

Şərh