Azərbaycanda ağır yol qəzası: 5 ölü - 3-ü hərbçidir - FOTOLAR

Qax rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "report"a istinadən xəbərinə görə, Qax-Şəki yolunun 1-ci kilometrliyində baş verən hadisə nəticəsində 5 nəfər ölüb. Şəkidən Qax istiqamətinə hərəkət edən 10-UX-515 dövlət nömrə nişanlı "Niva" markalı avtomobil qarşıdan gələn 99-BS-466 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində "Mercedes"də olan sürücü və sərnişin hadisə yerində ölüb. "Niva" markalı avtomobildə olan və Sərhəd Qoşunlarının əməkdaşları olduğu güman edilən hərbçilər də dünyasını dəyişib. Hadisənin yüksək surət səbəbindən baş verdiyi guman edilir.
Qəza nəticəsində ölən beş nəfərin adları məlum olub:
"Niva" markalı avtomobilin sürücüsü və sərnişinlər:
kiçik gizir - Abbasov Maarif Əlican oğlu
kiçik gizir - Niftiyev Əjdər Paşa oğlu
kiçik gizir - Şəmilli Anar İxtiyar oğlu
"Mercedes" markalı avtomobilin sürücüsü və sərnişin:
Məcidov Samir Teymur oğlu
Tosov Pərviz
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO

















