Azərbaycanda dəhşətli qəza - Ata və oğul yanaraq öldü

Bakı-Şamaxı-Yevlax magistral yolunda avtomobil qəzası baş verib. Avtosfer.az report-a istinadən xəbər verir ki, saat 19:30 radələrində magistral yolunun keçən hissəsində baş verən hadisə nəticəsində iki nəfər dünyasını dəyişib. Bakıdan Yevlax istiqamətində hərəkətdə olan "Mercedes" markalı minik maşının sürücüsü idarə etməni itirib və yoldan çıxaraq aşıb. Qəzadan sonra avtomobildə yanğın baş verib. Yanğın nəticəsində sürücü və sərnişinlərdən biri yanaraq dünyasını dəyişib, digər sərnişin isə ərtafdakıların koməyi ilə yanğından xilas olunub.
Dərhal hadisə yerindən Ağsu və Göyçaydan yanğınsöndürənlər cəlb olunub.
Qəzada ölənlərin kimliyi məlum olub. APA xəbər verir ki, Qazax rayonu Daşsalahlı kənd sakini Vaqif İsmayılovun idarə etdiyi 90-BV-449 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü Vaqif İsmayılov və oğlu Məhəmməd İsmayılov aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Sürücünün digər oğlu İsmayıl İsmayılov isə ağır xəsarətlərlə Ağsu Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı BDYP-nin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) İsmayıllıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb. Avtosfer.az nazirliyin saytına istinadən verdiyi xəbərə görə, İsmayıllının Gəraybəyli kəndində yanğınla nəticələnən yol qəzası baş verib. Nəticədə “Mercedes” markalı minik avtomobili tamamilə yanıb. Qəza nəticəsində avtomobilin sürücüsü, 1948-ci il təvəllüdlü İsmayılov Vaqif Tofiq oğlu və 1976-cı il təvəllüdlü İsmayılov Məhəmməd Vaqif oğlu aldıqları müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat ediblər. Digər sərnişin isə müxtəlif bədən xəsarətləri alıb. V.İsmayılov və M.İsmayılovun cəsədləri, həmçinin xəsarət alan vətəndaş yanğınsöndürən-xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil veriliblər.
Cavid
Piyada keçidində qorxulu anlar - Sürəti azaltmayan sürücü qəza törətdi - VİDEO
Zığ yolunda zəncirvari qəza - Üç avtomobil toqquşdu - VİDEO - VİDEO
Şamaxı yolunda DƏHŞƏT: Qarşıdan gələn avtomobilin təkəri çıxaraq "Range Rover"ə çırpıldı - ANBAAN VİDEO
Babəkdə qəza oldu - Yaralılar var - FOTO
Lerikdə avtomobil dərəyə aşdı - Bir ailənin üç üzvü xəsarət aldı
Tovuzdakı qəzada ölən 20 yaşlı gəncin FOTOsu
Gəncədə sükan arxasında infarkt keçirən sürücü ölüb - FOTO
Ağdərədə tur avtobusu qəza etdi - Xəsarət alanlar var - ADLAR
Hava Limanı yolunda iki avtomobil toqquşub - FOTOLAR
Bakıda "BYD" "Prius"la toqquşdu: Biri aşdı, digəri isə... - VİDEO
Dərnəgül yolunda ağır qəza; işıq dirəyi avtomobilə girdi - VİDEO










