Azərbaycanda dəhşətli qəza: qaynata və kürəkəni öldü – FOTO (18+)

Şəkidə baş verən ağır yol qəzasında qaynata və kürəkəni ölüb. Hadisə Şəki-Oğuz avtomobil yolunun Şəki rayonu Sarıca kəndi ərazisindən keçən hissəsində baş verib. Oğuz rayonu Top kənd sakini, 1958-ci il təvəllüdlü Saməddin Kamaləddin oğlu Balaağayev idarə etdiyi "VAZ 2106" markalı 10-BX-809 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Mingəçevirdən Oğuz rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb.
Baş vermiş qəza nəticəsində sürücü Saməddin Balaağayev və avtomobildə olan sərnişin, sürücünün qızının həyat yoldaşı, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbə sakini 1987-ci il təvəllüdlü Rəşad Ramiz oğlu Məmmədov aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər.
Qəzadan sonra avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü Saməddin Balaağayevin cəsədini çıxarmaq üçün hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.
APA
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO















