Azərbaycanda polis sərxoş vəziyyətdə avtomobillə piyadanı vurub ÖLDÜRDÜ

Xaçmaz rayonunda piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən Feyruz Ağamalıyevə hökm oxunub və o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılıb.
F.Ağamalıyev ona təyin edilən azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, Xızı Rayon Polis Şöbəsinin təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı F.Ağamalıyev alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda avtomobil idarə edib, yol hərəkəti qaydalarını pozub və piyadanın vuraraq öldürüb. Daha sonra o, hadisə yerindən qaçıb.
Hadisə 2021-ci ilin avqustun 1-də Nabran-Xudat avtomobil yolunun Xaçmaz rayonunun Nabran kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə ittiham irəli sürülüb, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Məhkəmədə ifadə verən F.Ağamalıyev elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, dindirilən zaman 1 avqust 2021-ci il tarixdən 30 günlük növbəti məzuniyyətə buraxıldığını deyib.(report)
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO












