Azərbaycanda qatar aşdı – VİDEO

Bakı-Böyükkəsik dəmir yolu xəttinin Goranboy rayonu ərazisindən keçən hissəsində yük qatarı qəzaya uğrayıb. Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, stansiyanın daxilində manevretmə prosesi yerinə yetirilərkən vaqonlar relsdən çıxaraq aşıb. Hadisə ötən gün axşam saatlarında Kürəkçay stansiyasının yaxınlığında baş verib. Hərəkətdə olan qatarın 3 vaqonu relsdən çıxaraq aşıb. Vaqonlar yüksüz olduğundan dağıntı nisbətən az olub. Yalnız dəmir yolu infrastrukturuna qismən ziyan dəyib. Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamenitinin texnikası və işçi qüvvəsi dərhal hadisə yerinə səfərbər edilib.
Qəzadan sonra geriyə bu görüntülər qalıb: vaqonlar relsdən çıxaraq aşıb. Hazırda dəmir yolu işçiləri fəsadların aradan qaldırılmasına çalışırlar.
Həyata keçirilən tədbirlər nəticəsində gecə saatlarında aşmış vaqonlar yığışdırılıb və dəymiş ziyan aradan qaldırılıb. Səhmdar Cəmiyyətdən verilən məlumata görə, qəza digər qatarların hərəkətində maneyə yaratmayıb. Hadisəyə gəlincə dəmir yolu rəsmləri bildirirlər ki, qəzanın vaqonlarda olan nasazlıq səbəbindən baş verdiyi güman olunur.
Füzuli Kərimov, ADDY QSC-nin Qərb Bölgəsi Üzrə Səlahiyyətli nümayəndəsi: “Bildyiniz kimi, yollarımız hamısı yeni dəyişdirilib. Yəni yolla bağlı elə bir problem nəzərə çarpmır. Hadisə manevretmə zamanı baş verdiyindən vaqonlarda nasazlığın olma ehtimalı böyükdür. Araşdırmalardan sonra nəticə məlum olacaq”.
Qeyd edək ki, bu gün Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin müətəxəssisləri hadisə yerinə baxış keçirərək dəqiq səbəbləri müəyən edəcəklər.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO














