Azərbaycanda qatar avtomobillə toqquşdu - FOTO

Qax rayonu ərazisində qəza hadisəsi baş verib. “Report” xəbər verir ki, rayonunun Tasmalı kəndi ərazisində sərnişin qatarı dəmiryolunun qorunmayan hissəsində avtomobillə toqquşub, avtomobildə olan bir ailənin üç üzvü xəsarət alıb. Balakən-Bakı xətti üzrə hərəkət edən sərnişin qatarı Qaxdan Zaqatala istiqamətində hərəkətdə olan Zaqatala rayon sakini 37 yaşlı Siyavuş Mustafayevin idarə etdiyi 62-BF-820 dövlət nömrə nişanlı «Hyundai Accent» markalı minik avtomobili ilə toqquşub. Qatarın zərbəsi nəticəsində maşın bir-neçə metr dəmir yolu xəttindən kənara düşüb.
Hadisə şahidlərinin sözlərinə görə, avtomobil dəmir yolu xəttini keçərkən qatarın xətti keçməsini gözləməyib. Qəza nəticəsində sürücü ilə yanaşı onun həyat yoldaşı 34 yaşlı Aygül Mustafayeva və onların övladı 12 yaşlı İlkin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin verdiyi məlumata görə,ər və arvadın vəziyyəti normal olsa da 12 yaşlı oğlanın sağ ayağının bud nahiyyəsində sınıqlar aşkar olunub. Hazırda xəstəxanada müalicələri davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
















