Azərbaycanda qorxunc qəza - FOTO

Bərdədə üç nəqliyyat vasitəsinin iştirakı ilə yol qəzası baş verib. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, hadisə rayonun Divanlı kəndi ərazisində qeydə alınıb. Bərdədən Yevlaxa gedən Bərdə rayon sakini 31 yaşlı Natiq Qocayevin idarə etdiyi «VAZ-2101» markalı avtomobili, eyni istiqamətdə hərəkət edən Mersedesi araxadan vurub. Daha sonra Mersedes yol kənarında hərəkətdə olan velosipedçiyə çırpılıb. Zərbə nəticəsində asfalt yoldan çıxan «VAZ-2101» yol kənarındakı ağaclara dəyərək dayanıb. Qəza nəticəsində VAZ-2101-nin sürücüsü, sərnişin Şamil Qocayev və velosipedin sürücüsü Cəyirli kənd sakini 18 yaşlı Yunis İsgəndərov xəsarət alıb. Əldə etdiyimiz məlumata görə, qəzaya səbəb olan Mersedesin sürücüsü Ramil Namazov hadisə yerindən qaçsa da polis əməkdaşları tərəfindən saxlanılıb. Yaralıar Bərdə MRX-na çatdırılıb. "Ağacdan sonra maşın dığırlandı. Amma uşaq mənim maşınımdan xeyli aralıda yıxılmışdı. Mən maşından çıxanda uşaq yerdəydi. Mersedes onu vurub getmişdi", - deyə «VAZ-2101»-in sürücüsü Natiq Qocayev söyləyib.
Xəstəxanadan yaralıların vəziyyətinin normal olduğu bildirilib. Hazırda faktla bağlı araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
















