Azərbaycanın bir rayonunda 3 qızı maşın vurdu

Zaqatala rayonunda üç nəfəri maşın vurub. Avtosfer.az xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Muxax kəndində baş verib. Rayonun Çobankol kənd sakini, 1994-cü il təvəllüdlü İlham Musa oğlu Kərimov idarə etdiyi “VAZ 21154” markalı, 62-BG-559 dövlət nömrə nişanlı avtomobillə Muxax kəndinin mərkəzi ilə hərəkətdə olarkən yolun kənarı ilə gedən piyadalar - rayonun Muxax kənd sakini, 1999-cu il təvəllüdlü Həlimə Murtuz qızı Abakarova, Bakı şəhər Qaradağ rayon sakinləri, 1995-ci il təvəllüdlü Tünzalə Əsəd qızı Əsədova və 2001-ci il təvəllüdlü Məryəm Qəmbər qızı İbrahimovanı vurub. Xəsarət alan hər üç şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, xəsarət alanlardan H. Abakarova xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-stabil qiymətləndirilir.
T.Əsədova və M.İbrahimovanın xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










