Azərbaycanlıların olduğu təyyarə qəzaya düşdü - VİDEO

İyunun 31-də axşam saatlarında Moskvanın Domodedovo aeroportunda həyacanlı anlar yaşanıb. Anspress-in məlumatına görə, qabaq şassisi açılmayan Embraer şərnişin təyyarəsi qəzalı eniş edib. Xoşbəxtlikdən içində azərbaycanlıların da olduğu təyyarədə xəsarət alan olmayıb. Ulyanovsk-Moskva reysini yerinə yetirən təyyarənin içində 33 nəfər olub. Sərnişin və ekipaj üzvlərindən heç kim xəsarət almayıb. Qəzalı enişdən sonra sərnişinlər həkim nəzarətindən keçərək aerovoğzal kompleksinə aparılıb.
Pilotların ustalığı sayəsində böyük faciənin qarşısı alınıb. Onlar təyyarəni yalnız arxa şassi ilə yerə endirməyi bacarıb. Pilotlar nasazlıq barədə qabaqcadan dispeçerlərə məlumat veriblər. Sərnişinlər arasında iki azərbaycanlının olduğu və bunlardan birinin Qurbanova soyadlı olduğu məlumdur.
Embraer EMB 120 - kiçik turbovintli sərnişin təyyarəsidir. Embraer bortu otuz sərnişinə qədər daşıya bilər. Bortun uzunluğu və qanadın imkanı təxminən 20 metr təşkil edir, maksimal surət - 550 km/saat. Tam dolu çənlə təyyarə iki min kilometrə qədər uçmağa qaidrdir.
Rusiyada bu tip layner bir neçə aviaşirkət tərəfindən sərnişin daşınmaları üçün fəal istifadə olunur. Amma indi Embraer yalnız yerli hava xətlərində "Ruslayn" aviaşirkəti tərəfindən daha çox istifadə olunur. Model 1983-cü ildən 2001-ci ilə qədər Braziliyada istehsal edilirdi. Bu vaxt ərzində onlardan yalnız 350 ədəd düzəldilib. Bu modelin təyyarələri istehsal olunandan bəri 20-dən çox qəza keçirib. Bu qəzalar zamanı 150 dən çox insan həlak olub.
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...
Tunelin çıxışında zəncirvari qəza: Üç avtomobil bir-birinə çırpıldı - VİDEO
12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış - VİDEO
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO
Balakəndəki 4 nəfərin öldüyü dəhşətli qəzada xəsarət alan şəxsin son durumu - RƏSMİ
Beyləqanda “VAZ” və “UAZ” toqquşdu, xəsarət alan var - VİDEO
Salyanda iki yük maşını toqquşdu, sürücülərdən biri yaralandı - VİDEO










