Azərbaycanlıya “Lamborghini” ilə törətdiyi qəzaya görə cəza verildi - FOTO

Cenevrə məhkəməsi idman bolidalarında Cenevrə yollarında yarışma düzəldən və 70 yaşlı alman təqüdçüsünü vuran 27 yaşlı Ziya Babayevə şərti olaraq 2 il həbs cəzası və 10 min İsveçrə frankı (9,6 avro) cərimə verib.
Avtosfer.az xəbər verir ki, 2009-cu ilin noyabr ayında Babayev öz dostları ilə - onlardan ikisi Çərkəz bazarının sabiq sahibi Telman İsmayılovun oğlanlarıdır - Cenevrədə idman bolidalarında yarış düzəldiblər.
Babayev “Lamborghini”, onun dostları isə “Mercedes McLaren”, “Bugatti Veyron” və “Porsche Cayenne” avtomobillərinin sükanı arxasında olublar.
İçkili vəziyyətdə olan gənc adam 144-151 km/s sürətlə hərəkət edirmiş. Babayev qarşısındakı avtomobili ötərkən idarəetməni itirərək, 70 yaşlı təqaüdçünün idarə etdiyi “Volkswagen Golf” avtomobilinə çırpılıb. Zərbədən maşın bir neçə yüz metr irəli atılıb, təqaüdçü isə ağır xəsarət alıb. Babayevin ailəsi təqaüdçünün ailəsinə dəyən maddi və mənəvi zərəri ödəyəcək, məbləğ isə açıqlanmır.
Hadisədən sonra İsmayılovun oğlanları İsveçrədən Türkiyəyə uçublar.
Məhkəmə araşdırması gedən müddət ərzində Babayev iki dəfə sərxoş halda “Bentley” avtomobili ilə saxlanılıb. Babayev məhkəməyə avtomobil ehtiyat hissələrinin satışı üzrə biznesi, eləcə də fastfud şəbəkəsinə sahib olduğunu, ayda 30 min dollar qazandığını və öz aktivlərini 5 milyon frank məbləğində (4,75 milyon avro) dəyərləndirdiyini deyib. Məhkəmə Babayevə İsveçrə ərazisində işləməyi və daha öncə ödənmiş 100 min frank məbləğində (94,9 min avro) girovun bir hissəsini geri götürməyə icazə verib.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












