«Azneft»də "Hyundai" «Mitsubishi"ni aşırdı: 1 yaralı - FOTO

Bakının mərkəzində iki avtomobil toqquşub, onlardan biri aşıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, qəza nəticəsində sürücülərdən biri xəsarət alıb. Hadisə "Azneft" dairəsində qeydə alınıb. Dairədə "Mitsubishi" və "Hyundai" markalı avtomobillər toqquşub. İlkin məlumata görə, "Mitsubishi" Neftçilər prospekti ilə Dövlət Bayraq Meydanı istiqamətində, "Hyundai" isə "Azneft" dairəsindən Niyazi küçəsi istiqamətində hərəkətdə olub. Dairədə iki avtomobil toqquşub və zərbənin gücündən "Mitsubishi" aşıb. Nəticədə aşan avtomobilin sürücüsü xəsarət alıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yaralı sürücüyə ilkin tibbi yardım göstərib.
Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin müstəntiqi və DYP əməkdaşları cəlb olunublar, müayinələr aparıblar. İlkin ehtimala görə, qəzaya "Hyundai" markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydasını pozması və dairəvi hərəkətin təşkil olunduğu yolda üstünlüyə malik olan digər avtomobilə yol verməməsi səbəb olub.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır. Qəzanın dəqiq səbəbi təyin olunmuş avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
















