"Azpetrol"un sürücüsü sərxoş halda qəza törətdi, 2 nəfər öldü - FOTO

Bu gün səhər saatlarında Bakı dairəvi yolunun 13-cü kilometrliyində qəza baş verib. Avtosfer.az xəbər verir ki, 99-JA-796 qeydiyyat nişanlı “MAN” markalı yük avtomobili əks yola çıxaraq 50-CK-610 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən yük avtomobili “Mercedes”in üzərinə aşıb. Nəticədə “Mercedes”in sürücüsü 1987-ci il təvəllüdlü Almazov Musa Həsənxan oğlu və onun arxasında əyləşən sərnişin 1996-cı il təvəllüdlü Əsgərli Mehdi Şükür oğlu hadisə yerində keçinib, 10-UF-056 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobil isə əzilərək maddi ziyan dəyib. “Man” markalı avtomobili idarə edən 41 yaşlı Şəfiyev Səbuhi Akif oğlu isə polis əmədaşları tərəfindən saxlanılıb.
Avtosfer.az Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə həmin sürücünü dindirən zaman məlum olub ki, sürücü sükan arxasında yuxulu vəziyyətdə olub. Eyni zamanda hadisədən sonra saxlanılan sürücünün tibbi müayinə zamanı ağır dərəcəli sərxoş olduğu üzə çıxıb.
Qeyd edək ki, qəzaya səbəb olan “Man” markalı avtomobil "Azpetrol" yanacaqdoldurma məntəqəsinə məxsusdur. Hadisə baş verərkən yük avtomobili yanacaqla dolu olub. Təəssüf ki, sürücü işə başlayarkən tibii müayinədən keçirilməyib.





Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO












