Bakı Atletlər Kəndində avtobus qəzası, yaralılar var - YENİLƏNİB

Avropa Oyunları ilə bağlı Bakıya gələn əcnəbiləri daşıyan avtobus qəzaya uğrayıb. Qəza zamanı bir neçə nəfər yaralanıb. Yaralılar 1 saylı Şəhər Xəstəxanasına aparılıblar. Avtosfer.az xəbər verir ki, bu barədə xəstəxanadan milli.az-a bildirildi ki, qəzadan 3 yaralı gətirilib. Onlardan 2-si reanimasiya şöbəsinə yerləşdirilib.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin tibb xidməti bu gün baş vermiş qəza ilə bağlı rəsmi açıqlama yayıb. Bildirilir ki, Bakı Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda baş verən qəzada 3 avstriyalı idmançı xəsarət alıb və onlar dərhal xəstəxanaya yerləşdiriliblər. "BAOƏK bütün idmançıların təhlükəsizliyini və sağlamlığını ən vacib məsələ hesab edir. Hal-hazırda bununla bağlı ətraflı məlumat verə bilmirik. Daha təfsilatlı informasiya gün ərzində təmin ediləcək", - deyə açıqlamada deyilir.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO













