Bakı-Moskva təyyarəsi qəza enişi etdi

Bakıdan Moskvaya uaçan təyyarədə problem yaranıb. Belə ki, mayın 21-də yerli vaxtla saat 11.10-da Bakı-Moskva marşrutu üzrə reysi yerinə yetirən “Boing-757” təyyarəsi hidrosistemlərin birində təzyiqin düşməsi səbəbindən problem yaranıb.
Təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb. Enmə müvəffəqiyyətlə yerinə yetirilib, zərərçəkən olmayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən azərtac-a bildiriblər ki, qeyd olunan nasazlıqla təyinat məntəqəsinədək uçuşu davam etdirmək mümkün idi.
Lakin, nasazlığın təyyarə havaya qalxdıqdan dərhal sonra baş verdiyini nəzərə alaraq, kapitan baza hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportunda enmənin yerinə yetirilməyi qərara alıb.
Nasazlığın səbəbi “Azərbaycan Hava Yolları” QSC-nin xüsusi komissiyası tərəfindən araşdırılır. Sərnişinlər bu gün yerli vaxtla saat 13.00-da ehtiyat təyyarə ilə Moskvaya yola salınıblar.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












