Bakı-Qazax magistral yolunda piyadanı maşın vurdu

Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol qəzası qeydə alınıb. Avtosfer.az apa-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Borsunlu kəndi ərazisində baş verib. Kənd sakini, 1955-ci il təvəllüdlü Quliyev Afiq Məşdi oğlu magistral yolun kənarı ilə hərəkət edərkən hələ ki, sürücüsü məlum olmayan "Honda" markalı avtomobil tərəfindən vurulub. A. Quliyev ağır bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə şahidlərinin bildirdiklərinə görə, "Honda"nın sürücüsü yuxulu olduğundan idarəetməni itirərək əvvəlcə piyadanı vurub, sonra isə maşını yolun kənarındakı səkiyə çırpıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma gedir.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












