Bakı-Qazax yolunda ağır qəza: ölən və yaralanan var - VİDEO

Bakı-Qazax magistralının 235-ci kilometrliyində, Ucar rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, “VAZ-2107” markalı minik maşını yolun təmir gedən hissəsində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol nişanına, sonra BYD markalı minik maşınına çırpılıb, daha sonra isə aşıb.
“VAZ-2107” markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib, sərnişini isə xəsarət alıb. BYD markalı avtomobildə xəsarət alan olmayıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Ölən və yaralanan şəxslərin kimliyi aydınlaşdırılır. İlkin ehtimala görə, qəzaya “VAZ-2107” markalı avtomobilin sürücüsünün sürət həddini aşması səbəb olub.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO

















