Bakı-Quba yolunda 2 yük maşını toqquşdu, ölən və xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

Sentyabrın 29-da Bakı-Quba-Rusiya sərhədi yolunun 105-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində TIR ilə "Ford Transit" markalı yük avtomobilinin toqquşduğu hadisənin görüntüləri yayılıb.
Hadisə yerindən çəkilmiş görüntülər qəzanın dəhşətini göstərir.
Belə ki, zərbənin gücündən TIR aşaraq bir neçə yerə parçalanıb.
Hadisə nəticəsində Ağsu rayon sakini, 1990-cı il təvəllüdlü Cavid Əhdixan oğlu Elşənov hadisə yerində ölüb, sərnişinlər - 1990-cı il təvəllüdlü Məhəbbət Əlikişi oğlu Kərimov və 2006-cı il təvəllüdlü Hüseyn İsgəndərov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)
***
Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə magistralın Siyəzən rayonu ərazisində qeydə alınıb. Əks istiqamətə çıxan 2 yük avtomobili toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ











