Bakı-Quba yolunda kabus dolaşır; 3 qəzada 2 ölü, 5 yaralı - FOTO

İyulun 23-də, axşam saatlarında Qusar rayonunda yol nəqliyyat hadisəsi baş verib. Hadisə Qusar-Xudat yolunun 5-ci km-də, Balaqusar kəndi ərazisində qeydə alınıb. «VAZ-2107» markalı minik maşını ilə «VAZ-21011» markalı avtomaşınların toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan biri ilkin tibbi yardımdan sonra evə buraxılıb. Digər iki nəfər, «07»-nin sürücüsü, Qusar rayon sakini, 1965-ci il təvəllüdlü Hüseynov Murad Həbib oğlu və «011»-in sürücüsü, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Hacıyev Eduard Fərzəli oğlunun müalicəsi Qusar Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir. Hər iki şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.
Dünən axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi də baş verib. 90 BS 097 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili maneəyə çırpılaraq aşıb. Qəza nəticəsində sürücü dünyasını dəyişib.
İyulun 23-ü axşam saatlarında Şabran rayonu ərazisində də ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Şabran-Ərəblər yolunda qeydə alınıb. 1969-cu il təvəllüdlü Xaçmaz rayon sakini Əliyev Qərib Mövlud oğlunun idarə etdiyi 85 BK 327 dövlət nömrə nişanlı “Qazel” markalı avtomobil aşıb. Qəza nəticəsində sürücü ölüb, iki sərnişin xəsarət alıb. Onlar Xaçmaz rayon sakinləri ata və oğul, Eynulla Ağadadaşov və 1992-ci il təvəllüdlü İnşallah Ağadadaşov müxtəlif bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İ.Ağadadaşovun vəziyyəti orta ağır olduğu bildirilir.
Qeyd olunan qəzalarla bağlı araşdırmalar davam etdirilir.
APA
Makaron daşıyan yük maşını aşdı - Məhsul yola dağıldı - VİDEO
Kürdəmirdə idarəetmədən çıxan “VAZ” ağaca çırpıldı - VİDEO
İki nəfər ölüb, yaralılar var - FOTOLAR - YENİLƏNİB
Oğuzda iki avtomobil toqquşdu, bir nəfər xəsarət aldı - VİDEO
Son iki gün ərzində 6 piyadavurma olub, 4 nəfər ölüb
Sürücü məsafəni düzgün hesablamadı, avtobus obyektə çırpıldı - VİDEO - YENİLƏNİB
Polis diqqətsiz sürücülərin törətdiyi qəza görüntülərini paylaşdı - VİDEO
Sumqayıtda avtomobilin vurduğu piyada öldü - FOTO
Lənkəranda ağaca çırpılan avtomobilin sürücüsü ölüb - FOTO
“Changan” piyadanı vurub öldürdü - Aeroport yolunda qəza
Polis təqibi avtoqəzaya səbəb oldu: 2 ölü, 7 yaralı















