Bakı-Quba yolunda qəza: ölən var

Bakı- Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Xızı rayonu ərazisində qeydə alınıb.
Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, Xızı rayon Təzəkənd kənd sakini, 1983-cü il təvəllüdlü Ruhulla Ağa oğlu Ağayev idarə etdiyi 10- MT- 435 dövlət nömrə nişanlı "Tofaş" markalı avtomobillə idarəetməni itirərək yolun kənarındakı metal çəpərə çırpılıb. Daha sonra zərəbinin təsiri ilə yolun digər tərəfinə keçərək dərəyə aşıb.
Hadisə yerinə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin təcili yardım maşını cəlb edilib. Yaralıları xəstəxanaya aparakən sürücü aldığı çoxsaylı bədən xəsarətlərindən yolda dünyasını dəyişib.
Avtomobildə olan sərnişin, Xızı rayon Tıxlı kənd sakini, 1981-ci il təvəllüdlü İlqar Qurbanbəy oğlu Əliyev isə yüngül xəsarətlər alıb.Yaralanan şəxsə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində ilkin tibbi yardım göstərilərək ambulator müayinə üçün evə buraxılıb.
Qəzanın yüksək sürət səbəbindən baş verdiyi ehtimal edilir.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.// ans press
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












