Bakı-Quba yolunda yük maşını aşdı, 2 nəfər öldü - YENİLƏNİB

Bakı-Quba yolunda yük maşınının aşması nəticəsində ölənlərin sayı 2-yə çatıb.
Bakı-Quba-Rusiya avtomobil yolunun Şabran rayonundan keçən hissəsində baş vermiş qəzada ağır bədən xəsarətləri alan sərnişin, Qobustan rayon sakini, 1967-ci il təvəllüdlü İbrahimov Nazim Zülfəli oğlu Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, sürücü Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Musatafayev Bəhruz Vaqif oğlu hadisə yerində ölüb.
Hər iki şəxsin meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
***
Bakı-Quba yolunda yük maşını aşıb, ölən və yaralanan var.
Hadisə Bakı-Quba-Rusiya avtomobil yolunun Şabran rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, Musatafeyev Bəhruz Vaqif oğlunun idarə etdiyi yük maşını hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.
Hadisə zamanı sürücü hadisə yerində ölüb.
Sərnişin İbrahimov Nazim Zülfəli oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda fakt araşdırılır. (report)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












