Bakı sakini qəza törətdi:maşın külə döndü

Göyçay rayonunda minik avtomobili yanaraq yararsız hala düşüb.
Avtosfer.az eltv-yə istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 228-ci kilometrliyində, Göyçayın Mirzəhüseynli kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Üzeyir Yusifovun idarə etdiyi "Nissan Murano" markalı minik avtomobili yoldan çıxaraq kənardakı dəmir məhəccərlərə çırpılıb.
Avtomobilin mühərrikində qəflətən başlayan yanğın qısa vaxtda onun hər tərəfini əhatə edib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı xəsarət alan olmasa da, avtomobil tamamilə yararsız hala düşüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












