Bakı – Şamaxı – Yevlax yolunda ölümlə nəticələnən qəza olub

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə bu gün Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonunun Zeynəddin kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində dörd nəfər ağır xəsarət alıb. Xocalı sakinləri olan Salahov Nazim Hüseyn oğlu, Muradov Kərəm Mürşüd oğlu, Muradova Əsli Qurban qızı Ağdaş Rayon Təcili Tibbi Yardım Stansiyasının avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralılardan Salahov Nazim Hüseyn oğlu xəstəxanada dünyasını dəyişib. Muradov Teymur Mürşüd oğlu isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB












