Bakı-Sumqayıt yolunda ağır qəza; yaralı var - FOTO

Ötən gecə Bakı Sumqayıt yolunun 14-cü kilometrliyində Abşeron rayounun Masazır qəsəbəsi ərazisində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Vüsal İmanov “Mercedes” markalı minik avtomobili ilə Sumqayıtdan paytaxt istiqamətində hərəkətdə olarkən qəflətən idarəetməni itirib. Bu zaman eyni istiqamətdə hərəkətdə olan Camal Mehdiyevə məxsus eyni markalı avtomobillə toqquşub. Toqquşma güclü olduğundan Vüsal İmanovun maşını yol kənarındakı dəmir arakəsmələrə dəyərək tamamilə yararsız vəziyyətə düşüb. Avtomobildə olan sürücü və sərnişini Sərxan Bayramov ağır bədən xəsarətləri ilə Bakıdakı 1 saylı Kliniki tibbi mərkəzə çatdırılıb. Dərhal əməliyyat olunan yaralıların həyati təhlükələri aradan qaldırılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Qəzanın dəqiq səbəbi təyin olunmuş avtotexniki ekspertizanın rəyindən sonra bilinəcək.
Elmin
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO















