Bakıda 2 piyadanı maşın vurub

Paytaxtın Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yol nəqliyyat hadisəsi baş verib. Naməlum avtomobil yolu keçmək istəyən piyadanı vurub. Piyada 55 yaşlı Rahim Həkim oğlu Məmmədov təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkim Novruz Hacıyev yaralının vəziyyətinin ağır olduğunun bildirib. Piyadanı vuran sürücü hadisə yerindən qaçıb. Faktla əlaqədar Yasamal rayon polis İdarəsində araşdırmalar aparılır. Nəsimi rayonunda da piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Naməlum avtomobil Mir Cəlal 71 ünvanında yolu keçmək istəyən piyada 67 yaşlı Elman Əliyevi vurub. Sürücü hadisədən sonra ərazidən uzaqlaşıb. Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər Elman Əliyevin həyatı üçün təhlükə olmadığını bildiriblər. Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. anspress
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










