Bakıda ağır qəza: iki yeniyetmə öldü - VİDEO

Gecə Bakının Sabunçu rayonununda iki nəfərin ölümü, iki nəfərin ağır yaralanması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Zabrat-Maştağa yolunda qeydə alınan qəzaya yüksək sürət faktorunun səbəb olduğu bildirilir. Məlumata görə, hadisənin səbəbkarı olan "Mercedes" markalı avtomobil həmin yolla hərəkətdə olan zaman sürucu qəfildən sükana nəzarəti itirib. Onun bu səhvi ucbatından içərisində 4 nəfərin olduğu və sürəti kifayət qədər yüksək olan nəqliyyat vasitəsi yol kənarındakı divara çırpılıb. Ancaq bu da onun sürətini azaltmayıb və divara dəydikdən sonra avtomobil 2 yeniyetmə piyadanı vurub.
Avtoqəza nəticəsində adları hazırda istintaq yolu ilə araşdırılan piyadalar dünyasını dəyişib, avtomobildə olanlardan 15 yaşlı Kənan Hüseynov və 13 yaşlı Aftandil Vahidov ağır xəsarətlərlə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Yaralılara xəstəxananın həkimləri tərəfindən tibbi yardım göstərilib və vəziyyətlərinin hazırda ağır stabil olduğu bildirilir.
Yol qəzası ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb. Təfərrüatlar dəqiqləşdirilir.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












