Bakıda ara məsafəsi saxlamayan sürücü qəzaya düşdü - VİDEO

Yollarda qəzaların baş vermə səbəblərindən biri də sürücülərin ara məsafəsini düzgün seçməməsidir. Avtosfer.az xəbər verir ki, bu qaydanı pozan sürüclərdən bir neçəsinin videosu avtomobildəki kameraya düşüb. Belə ki, Ziya Bünyadov prospektində ara məsafəsini düzgün seçməyən “Mercedes” markalı avtomobilin sürücüsü əyləcdən istifadə etsə də qəza qaçılmaz olub.
Bir az qarşıda eyni hərəkəti təkrarlayan “Tofaş” markalı avtomobilin sürücüsü qəzadan son anda yayına bilib.
Qeyd edək ki, ara məsafəsinin düzgün seçilməməsi əsasən yüksək sürətli yollarda ağır qəzalara gətirib çıxara bilir. Sürücülərin əksəriyyəti də bu qaydanın tələbini məhz sürətli yollarda pozurlar. Sürücülər seçdikləri sürətin yarısı qədər qarşıdakı avtomobillə ara məsafəsi saxlamalıdır ki, təhlükə yarandığı halda rahat dayana bilsinlər. Lakin reallıq onu göstərir ki, əksər sürücü bunu bilmir və ya əməl etmir. 90 km/saat sürətlə hərəkət edən sürücü qarşısındakı avtomobillə 3-4 metr məsafə saxlayır. Belə olan halda isə qəza qaçılmaz olur.
Leyla
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Anidən əks yola çıxmaq istədi qəza baş verdi - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR











