Bakıda avtobus qəzası: yaralılar var - FOTO

Bakının Nobel prospektində sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. Qəza zamanı "İsuzu" markalı 57 saylı marşrut avtobusu və "Wolksvagen" markalı avtomobil toqquşub. Məlumata görə, avtobusda sərnişin olmayıb. Amma hadisə zamanı "Wolksvagen"də olan 3 nəfər xəsarət alıb. Yaralılar 22 yaşlı Ağayev Kənan, 23 yaşlı Məmmədov Bayram və 23 yaşlı Məmmədova Leyla əraziyə çağırılan təcili yardım vasitəsi ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Hadisə zamanı yaralanan Kənan Ağayevin vəziyyəti ağır olduğundan o, xəstəxanının travmatologiya şöbəsinə yerləşdirilib. Digər iki yaralı isə ambulator müalicədən sonra evə buraxılıb.
Qəza Nobel prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində baş verdiyindən ilkin ehtimala görə, sürücülərdən biri avtomobili işıqforun qırmızı işığında hərəkət eddirib.
Hadisənin hansı sürücünün günahı ucbatından baş veriyini isə yaxınlıqdakı təhlükəsiz şəhər kamerasının qeydə aldığı görüntülər müəyyən edeəcək.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO














