Bakıda avtomobil 39 yaşlı piyadanı vurdu
Qəzalar
15 Mart 2021 23:29
Oxunub 1156

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1982-ci il təvəllüdlü İbadov Valeh Miri oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona çanağın əziyi diaqnozu qoyulub.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













