Bakıda avtomobil 54 yaşlı kişini vuraraq ayağını sındırdı

Qəzalar 31 Mart 2021 08:13
Bakıda avtomobil 54 yaşlı kişini vuraraq ayağını sındırdı
WhatsApp kanalımıza abunə olun

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Şirinov Raqib Vaqif oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması və sol ayağın sınığı diaqnozu qoyulub. ("Report")

Oxunub : 1170
ŞƏRH YAZ
Ad

E-mail

Şərh