Bakıda avtomobil 58 yaşlı kişini vuraraq ayağını sındırıb

Qəzalar 17 İyun 2022 11:58
Bakıda avtomobil 58 yaşlı kişini vuraraq ayağını sındırıb
WhatsApp kanalımıza abunə olun

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1964-cü il təvəllüdlü Qayıbov Qayıb Ələkbər oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağın çoxsaylı qəlpəli sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

"Report"

Oxunub : 968
ŞƏRH YAZ
Ad

E-mail

Şərh