
Bakıda avtomobil 60 yaşlı kişini vuraraq ağır xəsarət yetirib
Qəzalar
7 İyun 2023 16:18
Oxunub 1524

Bakının Xəzər rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, Binə qəsəbəsində avtomobil yolu keçən 1963-cü il təvəllüdlü Səlimov Əfqan Nəzir oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ