Bakıda avtomobil dirəyə çırpılıb, 1 nəfər xəsarət alıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
FHN-dən Avtosfer.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “ВАЗ” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
05.43
Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
APA xəbər verir ki, qəza Hövsan-Türkan yolunda baş verib.
Belə ki, idarərtməni itirən "VAZ 2107" markalı avtomobilin sürücüsü maşını işıq dirəyinə çırpıb.
Nəticədə işıq dirəyi yerindən çıxıb, avtomobil aşıb. Aşan avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılıb. Xəsarət alan sürücü təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
Əraziyə polis əməkdaşları cəlb edilib.
Hadisənin təfərrüatı araşdırılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












