Bakıda avtomobil gənc qızı vurub
Qəzalar
16 Mart 2022 10:59
Oxunub 942

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2002-ci il təvəllüdlü N.Rüstəmovanı vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
"Report"
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













