Bakıda avtomobil körpüdən dəmiryolu xəttinə aşaraq yanıb - FOTO

Bakının Qaradağ rayonunda yol qəzası dəmiryolunda qatarların hərəkətinin dayanmasına səbəb olub.
Avtosfer.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində baş verib.
Rüstəmov Sahib Ədalət oğlu 99-PN-373 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobillə körpüdə hərəkətdə olarkən sükana nəzarəti itirib.
Bundan sonra 26 yaşlı sürücü maşını körpüdən aşırıb.
Nəqliyyat vasitəsi əvvəlcə dəmiryolundakı yüksəkgərginlikli hava xəttinə dəyib.
Daha sonra avtomobil istinad divarına çırpılıb.
Həmin vaxt ərazidə xidmət aparan Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları sürücünü avtomobildən çıxarıb.
Sürücü xilas olunandan sonra avtomobil alovlanmağa başlayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğında Mühafizə Xidmətinin Qaradağ və Binəqədi rayonundan olan üç texnikası və canlı briqadası cəlb edilib.
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, qəza zamanı xəsarət alan sürücünün vəziyyəti qənaətbəxşdir.
Baş vermiş hadisə ilə əlaqədar Bakı-Qazax-Ağstafa marşurutunda qatarların hərəkəti dayandırılıb.
Hazırda dəmiryolu idarəsinin əməkdaşları təmir-bərpa işlər aparır.
apa
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO















