Bakıda ağır yol qəzası - 25 yaşlı oğlan öldü

Bakıda avtomobillər toqquşub, ölən və yaralanan var.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə iyulun 28-də paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Əhmədov Böyükkişi Hökümxan oğlu idarə etdiyi "İsuzu" markalı yük avtomobili ilə hərəkətdə olan zaman 1997-ci il təvəllüdlü Əliyev Ümid Elçin oğlu idarə etdiyi "Mitsubishi Lancer" markalı maşınla onun qarşısına köməkçi yoldan çıxıb. Nəticədə Ü.Əliyev və onun yanında olan sərnişin Emin Abdullayev müxtəlif dərəcəli
bədən xəsarətləri alaraq müalicə olunmaları üçün xəstəxanaya aparılıb. Lakin Ü.Əliyev aldığı xəsarətlərdən xəstəxananın reanimasiya şöbəsində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi
başlanılıb, istintaq aparılır.
"Report"
Zığ şosesində hərəkət məhdudlaşdırıldı: SƏBƏB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO
Binəqədidə ağır qəza: “KamAZ”la “BYD” toqquşdu – VİDEO
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB











