Bakıda bahalı nömrəli "Lexus"un sürücüsü qəza törədib qaçdı - VİDEO

Bakıda qəza törədən sürücü hadisə yerindən yayınıb. Avtosfer.az-ın məlumatına görə, hadisənin videosu sosial şəbəkədə yayılıb. Belə ki, 10-LA-002 qeydiyyat nişanlı “Lexus” markalı avtomobilin sürücüsü paytaxt küçələrinin biri ilə hərəkət edən zaman yolun sağında dayanan 77-CM-713 qeydiyyat nişanlı “QAZ-31105” markalı avtomobilin yan güzgüsünü vuraraq hadisə yerindən yayınıb.
Qeyd edək ki, “Lexus” markalı avtomobilin sürücüsünün qəzaya səbəb olmasına baxmayaraq, “QAZ” markalı avtomobilin sürücüsü də qaydaları pozub. Qanunvericiliyə görə belə yollarda parklanan avtomobillər arasında minimum 3 metr məsafə olmalıdır. 3 metrdən az məsafə olduqda dayanma-durma qadağandır. Videodan da aydın şəkildə görünür ki, parklanan avtomobillər arasında məsafə 3 metrdən azdır.
Nərminə Əli
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - ANBAAN VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO












