Bakıda dəhşət: Avtobus "Kamaz"la toqquşdu, ölən və yaralılar var - FOTO

Bakıda dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Hadisə şahidi İlkin Həsənlinin anspress-ə verdiyi məlumata görə, təxminən yarım saat əvvəl Sabunçu-Zabrat yolunda "KamAZ" və sərnişin avtobusu toqquşub. Qəza nəticəsində ölən və yaralananlar var. Şahidin sözlərinə görə, bir neçə Təcili Tibbi Yardım maşını və Fövqəladə Hallar Nazirliyinin işçiləri hadisə yerindədirlər. Ölən və yaralananların sayı, qəzanın baş vermə səbəbi haqqında hələlik heç bir məlumat yoxdur.
***
Bakıda sərnişin avtobusu ağır qəzaya düşüb. Lent.az-ın məlumatına görə, Aeroport şosesinin Suraxanı rayonu Ramanı qəsəbəsindən keçən hissəsində ərazisində 214 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı marşrut avtobusu ilə “Shacman” markalı yük avtomobili toqquşub. İlkin məlumata əsasən 2 nəfər hadisə yerində ölüb, bir neçə nəfər xəsarət alıb. Yük avtomobilinin kabinasında sıxılmış vəziyyətdə qalan sürücüsü xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır. Ölən və yaralananların kimliyi araşdırılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO


























