Bakıda dəhşəti qəza: bir ailədə 3 cənazə

Ötən gün Bakı-Şamaxı yolunda ağır qəza baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsindən anspress-ə verilən məlumata görə, qəza yolun 41-ci kilometrliyində qeydə alınıb. Yolun Biləcəri istiqamətində keçən hissəsində 1963-cü il təvəllüdlü Əliəhməd Məhəmməd oğlu Mustafayevin idarə etdiyi 99 GO 932 nömrə nişanlı "NİVA" markalı avtomobillə 1984-cü il təvəllüdlü Anar Nəriman oğlu Aydınovun idarə etdiyi "NİVA" markalı 36 AA 022 nömrə nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisə zamanı Anar Aydınov və onun sərnişinləri 1943-cü il təvəllüdlü Gülümxanım Musa qızı Aydınov, 1979-cu il təvəllüdlü Pərvanə Kamran qızı Aydınova ölüb. Avtomobildə olan digər sərnişin, sürücünü övladı, 2011-ci il təvəllüdlü Elgün Anar oğlu Aydınov və digər avtomobilin sürücüsü də ağır yaralanıb.
Qeyd edək ki, qəza saat 17 radələrində baş verib. İlkin ehtimala görə, havanın isti olması sürücülərin idarəetmə qabiliyyətini aşağı salıb və qəza baş verib.
Faktla bağlı araşdırma aparılır.
Respublika Baş Dövlət Yol Polisi İdarəsi havaların isti keçməsilə əlaqədar sürücülərə müraciət edib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev anspress-ə açıqlamasında bildirdi ki, sürücülərdən soyuducu sistemi olmayan avtomobillərdən günün isti vaxtlarında mümkün qədər istifadə etməmək tövsiyə olunur. İdarə rəsmisinin sözlərinə görə, yayda qeydə alınan yol qəzalarının əksəriyyəti günorta saatlarında baş verib.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












