Bakıda dəhşətli qəza ilə bağlı yeni xəbər

Fövqəladə Hallar Nazirliyi Bakının Binəqədi rayonunda baş verən ağır yol qəzası barədə rəsmi məlumat yayıb. Avtosfer.az nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda “VAZ” və “Saipa” markalı minik avtomobilləri toqquşub. Hadisə yerinə cəlb olunmuş xilasedicilər “VAZ” avtomobilinin sürücüsünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 07:45-də başa çatıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib. Binqədi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə saat 07:45-də Azadlıq prospektində, Rəsulzadə qəsəbəsinə gedən yolda baş verib.
Həmin ərazidə "VAZ-2107"markalı avtomobillə “Saipa” markalı maşın toqquşub. Zərbənin təsirindən hər iki avtomobil deformasiyaya uğrayıb.
Hadisə yerinə polis, dövlət yol polisi, xilasedicilər və təcili yardım həkimləri cəlb olunub. Qəza baş verən ərazidə böyük tıxac yaranıb.
Qəza nəticəsində 4 nəfər ağır yaralanıb. Yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb. "VAZ-2107" markalı avtomobilin sürücüsü sıxılmış avtomobildə qalaraq dünyasını dəyişib.
Digər yaralılar Kliniki Tibbi Mərkəzə göndəriliblər.
Faktla bağlı araşdırmalar aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












