Bakıda dəhşətli qəza; «VAZ» benzindaşıyan maşına çırpıldı - 2 ölü

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, qəza Zabrat-Maştağa yolunda qeydə alınıb. «VAZ-21072» markalı minik maşını Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olarkən qarşıda gedən və "Azpetrol" şirkətinə məxsus «MAN» markalı benzindaşıyan avtomobilə arxadan çırpılıb. Qəza nəticəsində minik maşınının sürücüsü, 40 yaşlı Ağayev Elman Şirin oğlu və sərnişini, 38 yaşlı Quliyev Rövşən Əhmədağa oğlu hadisə yerində ölüb, avtomobildəki digər sərnişinlər - 42 yaşlı Əzizov Mirvaleh Mirsaleh oğlu və 33 yaşlı Şərifov Əli Arif oğlu ağır xəsarətlər alıblar. Hər iki yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
İlkin ehtimala görə, qəzaya «VAZ-21072» markalı avtomobilin sürücüsünün sürət həddini aşması səbəb olub.
Qeyd edək ki, «MAN» markalı yük maşını hadisə baş verən vaxt Zabrat-Maştağa yolunda geriyə dönmə edirmiş.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












