Bakıda gənc oğlanı avtomobil vurdu

Qəzalar 9 İyul 2023 08:20
Bakıda gənc oğlanı avtomobil vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Qəza Binə qəsəbəsində, magistral şossedə qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Mahmudlu Bəşir Sarvan oğlu şossedə piyada üçün müəyyən edilməmiş hissədən keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Oxunub : 986
ŞƏRH YAZ
Ad

E-mail

Şərh