Bakıda hakimin maşını yandırıldı

Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun maşını yanıb. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, olay Nəsimi rayonu ərazisində qeydə alınıb. Məlumata görə, hakimin yaşadığı Nizami küçəsi 118 ünvanında “Hundai Santa Fe” markalı, ağ rəngli maşını qəfildən alışıb. Maşının arxa təkəri tərəfdən başlayan yanğını ətrafdakı şəxslər tərəfindən söndürülüb. Yanmış maşın evakuator vasitəsi ilə ərazidən naməlum istiqamətə aparılıb. Belə ehtimal var ki, hakimə məxsus olan maşın qəsdən yandırılıb. Məsələ ilə bağlı prokurorluq orqanlarına verdiyimiz sorğuya cavab olaraq bildiriblər ki, nəqliyyat vasitəsinin qəsdən yandırılması ilə bağlı şikayət daxil olmayıb: “Maşın yandırılıbsa belə, şikayət yoxdursa, araşdrıma da aparılmır”.
Bununla belə məsələ ilə bağlı araşdırma aparılacağını da bildiriblər. Bakı Apellyasiya Məhkəməsi ilə əlaqə saxlayıb olayla bağlı hakim İkram Şirinovun da mövqeyini öyrənməyə çalışdıq. Lakin hakimin mövqeyini öyrənə bilmədik.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












