Bakıda iki avtomobil toqquşdu, sürücü xəsarət aldı - FOTO

Qəzalar 19 May 2023 08:28
Bakıda iki avtomobil toqquşdu, sürücü xəsarət aldı   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Yol-nəqliyyat hadisəsi Asif Məhərrəmov küçəsində qeydə alınıb.

Belə ki, Ziya Bünyadov prospektindən Asif Məhərrəmov küçəsinə daxil olmaq istəyən “Hyundai” markalı avtomobilin sürücüsü 1987-ci il təvəllüdlü İbrahimov Yusif Əsəd oğlu eyni istiqamətdə hərəkətdə olan “Toyota” markalı maşınla toqquşub. Qəza zamanı Yusif İbrahimov xəsarət alıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Qəzanın kimin səhvi ucbatından baş verdiyi araşdırılır. (apa)

FOTO QALEREYA
Oxunub : 838
ŞƏRH YAZ
Ad

E-mail

Şərh