Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Qəzalar 12 Avqust 2020 23:45 Oxunub 1178
Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki hadisə paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobillə "Mercedes" markalı minik maşınının toqquşması nəticəsində sərnişin 1943-cü il təvəllüdlü Qocayev Qayıtxan Hüseynağa oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və dərhal reanimasiyaya yerləşdirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh