Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var
Qəzalar
1 Fevral 2021 08:59
Oxunub 1286

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində sürücü, 1987-ci il təvəllüdlü Nuriyev Cəmil Bəybala oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qolun sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













